Hindistan İrandan vətəndaşlarının təxliyəsinə görə Azərbaycana təşəkkür edib
Hindistan İrandan vətəndaşlarının təxliyəsinə görə Azərbaycan hökumətinə təşəkkür edib.
"Stabil.az" bu barədə Hindistanın Bakıdakı diplomatik missiyasının məlumatına istinadən xəbər verir.
"Hindistan vətəndaşlarının İrandan təhlükəsiz təxliyəsində göstərdiyi köməyə görə Azərbaycan hökumətinə səmimi minnətdarlığımızı bildiririk", - səfirlikdən bildiriblər.
Martın 30-u saat 10:00-a olan məlumata görə, fevralın 28-i saat 08:00-dan etibarən Hindistanın 196 vətəndaşı təxliyə edilib. Ümumilikdə bu müddət ərzində 3 094 nəfər təxliyə olunub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




