Hikmət Hacıyev və BMT rəsmisi Çərçivə Proqramını müzakirə edib
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç 2026–2030-cu illər üçün yeni Əməkdaşlıq Çərçivə Proqramı üzrə gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
“Stabil.az” xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
Görüşdə tərəfdaşlığın daha da inkişaf etdirilməsi, həmçinin Azərbaycanın çoxtərəfli əməkdaşlığa sadiqliyi və davamlı inkişaf sahəsində prioritetlərinin dəstəklənməsi barədə müzakirələr aparılıb.
BMT-nin məlumatında qeyd olunub: “Azərbaycandakı bütün BMT komandası Azərbaycanın davamlı inkişaf sahəsində milli prioritetlərini dəstəkləməyə tam sadiqdir.”
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





