HHQ pilotları döyüş manevrləri üzrə bacarıqlarını sınaqdan keçirib
17 İyul 2026 16:22   17 Jul 2026 16:58 Paylaş

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları təlim-məşq uçuşları zamanı çətin döyüş manevrləri üzrə tapşırıqları yerinə yetiriblər.

"Stabil.az" bu barədə Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Bildirilib ki, ​uçuş heyətlərindən hazırlıq barədə məruzələr qəbul edildikdən sonra pilotların təlim uçuşunun şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb.

Sonra pilotlar aviasiya vasitələrinə nəzarət baxışı keçiriblər.

Təlim-məşq uçuşunun planına əsasən, "JF-17C" (Block-III), "Su-25ML" və "L-39" tipli təyyarələrdən müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetirilib.

Hərbi pilotların döyüş hazırlığının təkmilləşdirilməsi məqsədilə keçirilən təlim-məşq uçuşlarında əsas diqqət müxtəlif taktiki şəraitlərdə tapşırıqların dəqiq və təhlükəsiz icrasına, həmçinin aviasiya vasitələrinin effektiv döyüş tətbiqi imkanlarının təkmilləşdirilməsinə yönəldilib.

Təlim-məşq uçuşları zamanı hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol