HHQ-də Bayraktar TB2 kursunun birinci buraxılış mərasimi keçirilib
Bayraktar TB2 sistemi üzrə mütəxəssislərin hazırlıq kursunun birinci mərasimi cari ilin planına uyğun olaraq Hərbi Hava Qüvvələrinin Təlim Mərkəzində keçirilib.
"Stabil.az" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni ifa olunub.
General-mayor Həsən Əlövsədov məzunları buraxılış münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Tədbirdə kursun əhəmiyyəti vurğulanaraq bildirilib ki, bu cür kurslar hərbi qulluqçuların ixtisaslara yiyələnməsinə, bilik və bacarıqlarının təkmilləşdirilməsinə, eləcə də peşəkarlığının artırılmasına müsbət təsir göstərir.
Buraxılış mərasiminin sonunda kursu bitirənlərə sertifikatlar təqdim olunub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





