Heqset: ABŞ Latın Amerikasındakı müttəfiqlərinin BCM-dən çıxmağa çağırır
13 Avqust 2026 09:55   Paylaş

Vaşinqton “Amerikalar Qalxanı” alyansına daxil olan Latın Amerikası ölkələrinin Roma Statutundan çıxaraq Beynəlxalq Cinayət Məhkəməsini (BCM) tərk etməsini istəyir.

"Stabil.az" xəbər verir ki, bunu ABŞ-ın müharibə naziri Pit Heqset Panama səfəri zamanı deyib.

Heqset ölkələrin suverenliyinin BCM tərəfindən məhdudlaşdırılmamalı olduğunu vurğulayaraq alyansın bütün üzvlərini məhkəmədən çıxmağa çağırıb.

O, BCM-ni ABŞ və müttəfiqlərinin hərbi əməliyyatlarına müdaxilə etməyə çalışmaqda ittiham edib.

Qeyd edək ki, ABŞ administrasiyası daha əvvəl də BCM-yə qarşı sanksiyalar tətbiq edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol