Heqset: ABŞ İrana qarşı hərbi əməliyyata 37 milyard dollardan çox vəsait xərcləyib
ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatın xərcləri hazırkı vaxta qədər təxminən 37,5 milyard dollar təşkil edib.
"Stabil.az" xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Heqset bildirib.
"Hazırkı vaxta qədər xərclər 37,5 milyard dollar olaraq qiymətləndirilir", - o bildirib və əlavə edib ki, bu məbləğə əməliyyatın keçirilməsi üçün bütün xərclər, eləcə də sentyabrın 30-dək olan dövr üçün hərbi qulluqçulara ödənişlər daxildir.
Daha əvvəl "NBC News" telekanalı mənbələrə istinadən xəbər verib ki, ABŞ İrana qarşı əməliyyatın keçirilməsinə ümumilikdə 80 milyard dollardan 100 milyard dollara qədər vəsait xərcləyə bilər.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İranla müharibəyə başlayıb. İyunda Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb. Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı Hörmüz boğazına aid hissədə əldə olunmuş razılaşmaların şərtlərini pozmaqda ittiham edərək İslam Respublikasına genişmiqyaslı zərbələri bərpa edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





