Həftəsonu küləkli hava ilə əlaqədar sarı xəbərdarlıq verilib
Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
"Stabil.az" bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verib.
Qeyd edilib ki, bu gün və sabah Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Zəngilan, Daşkəsən, Goranboy, Mingəçevir, Qobustan, Siyəzən, Qusar, Neftçala, Biləsuvar, Salyan, Füzuli, Beyləqan, Cəlilabad, Lerik, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





