Harri Keyn “Qızıl top” mükafatı namizədləri arasında liderdir
1 May 2026 11:54   Paylaş

2025/2026 mövsümü üçün “Qızıl top” mükafatına namizədlərin yenilənmiş siyahısı açıqlanıb.

"Stabil.az" xəbər verir ki, "Goal.com" saytının tərtib etdiyi reytinqə Almaniyanın "Bavariya" klubunun və İngiltərə millisinin futbolçusu Harri Keyn başçılıq edir.

Onun Münhen təmsilçisindəki fransalı komanda yoldaşı Maykl Olise ikinci, İspaniya yığmasının və "Barselona"nın üzvü Lamin Yamal üçüncü sıradadır.

Xatırladaq ki, "Qızıl top"un mükafatlandırma mərasimi sentyabrda Parisdə baş tutacaq. 2025-ci ildə Fransanın PSJ klubunun oyunçusu Usman Dembele bu mükafata sahib çıxıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol