Harri Keyn ikinci dəfə “Qızıl buts”un sahibi olub
Almaniyanın “Bavariya” klubunda çıxış edən Harri Keyn karyerasının ikinci “Qızıl buts” mükafatına layiq görülüb.
"Stabil.az"ın məlumatına görə, 32 yaşlı hücumçu Bundesliqanın 2025/2026 mövsümündə 31 oyunda 36 qol (72 xal) vuraraq buna nail olub.
Forvard Avropanın bütün liqalarında ən çox qol vuran oyunçudur.
İngiltərənin "Mançester Siti" klubunun forvardı Erlinq Holann 27 qolla (54 xal) ikinci, İspaniya təmsilçisi "Real"ın futbolçusu Kilian Mbappe 25 qolla (50 xal) üçüncü yeri tutub.
Xatırladaq ki, Harri Keyn "Bavariya"dakı debüt mövsümündə (2023/2024) də "Qızıl buts" mükafatına sahib çıxıb. O, həmin vaxt da Bundesliqada 36 qolla yadda qalmışdı. Təcrübəli forvard cari mövsüm bütün turnirlərdə 51 oyunda 61 dəfə fərqlənib və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





