Hakan Fidan: Regiondakı gərginlik qlobal enerji təhlükəsizliyi üçün risk yaradır
İrandan qaz axınının dayandırılması və Körfəz ölkələrindən enerji idxalında gecikmələr qlobal enerji təchizatı təhlükəsizliyi baxımından ciddi risklər yarada bilər.
"Stabil.az" TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
Nazir vurğulayıb ki, mövcud şəraitdə ən mənfi ssenari qarşıdurmanın getdikcə kəskinləşərək davam etməsidir:
"Bununla bərabər, İranla birlikdə bütün bölgəni öz əlinə alan qeyri-sabitlik mühitinin yaranmasıdır".
Bundan başqa H.Fidan qeyd edib ki, İranın bölgədəki ərəb ölkələrində yerləşən ABŞ hərbi bazalarını birbaşa hədəfə alması atılan addımların daha böyük regional təhlükəsizlik böhranına çevrilmə ehtimalını artırır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





