Gürcüstanın yeni Patriarxı seçilib
Tbilisidəki Müqəddəs Üçlük Kafedralında keçirilən Gürcü Pravoslav Kilsəsinin genişləndirilmiş şurasında yeni Katolikos-Patriarxın seçilməsi üzrə səsvermə prosesi başa çatıb.
"Stabil.az" Gürcüstan mediasına istinadən xəbər verir ki, səsvermədə Müqəddəs Sinodun bütün 39 üzvü iştirak edib.
Səsvermə nəticəsində Mitropolit Şio (Elizbar Muciri) bütün Gürcüstanın yeni - 142-ci Katalikos-Patriarxı seçilib.
O, 22 səslə Bütün Gürcüstanın Katolikos-Patriarxı olub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





