Gürcüstanın xarici işlər naziri Macarıstana rəsmi səfər edəcək
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu gün Macarıstana rəsmi səfər edəcək.
“Stabil.az” Gürcüstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, səfər iki gün davam edəcək.
Nazir səfər çərçivəsində Budapeşt Qlobal Dialoqunda iştirak edəcək.
Bununla yanaşı, Maka Boçorişvili Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşəcək. Danışıqların yekununda tərəflərin mətbuata bəyanatlarla çıxış etməsi nəzərdə tutulur.
Həmçinin Macarıstan Milli Assambleyasının spikeri Laslo Köverlə də görüş planlaşdırılır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





