Gürcüstanda xüsusi əməliyyat: Terrorçuluğa yardım etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
25 Sentyabr 2026 17:21   Paylaş

Gürcüstan DTX terrorçuluq fəaliyyətinə yardım etməkdə şübhəli bilinən şəxslərin saxlanılması məqsədilə Qardabani və Karelidə xüsusi əməliyyat keçirib.

"Stabil.az" xəbər verir ki, xüsusi əməliyyat nəticəsində terrorçuluq fəaliyyətinə yardım etməkdə şübhəli bilinən iki Gürcüstan vətəndaşı saxlanılıb.

DTX-nin yaydığı məlumata görə, istintaq zamanı müəyyən edilib ki, həmin şəxslər “İslam Dövləti” adlı terror təşkilatına qoşulub, təşkilatın liderinə sədaqət andı içib və ona qeyd-şərtsiz itaətlərini ifadə ediblər.

Saxlanılan şəxslərin üzərində və yaşayış evlərində aparılan axtarışlar zamanı bir sıra maddi sübut aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol