Gürcüstan Orta Dəhlizdə yük daşımalarında rekord artım gözləyir
23 Yanvar 2026 12:20   Paylaş

Gürcüstan Orta Dəhliz üzrə yük axınlarında böyük artımın olacağını proqnozlaşdırır.

"Stabil.az" xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani məlumat verib.

Onun sözlərinə görə, ötən il konteyner daşımalarında 17%, ümumi yüklərdə isə 18% artım müşahidə edilib. Tonlarla ifadə edildikdə, artım 7% təşkil edib. Dəmir yolları ilə konteyner daşımalarında isə 33% artım qeydə alınıb.

“Təkmilləşdirilmiş infrastruktur sayəsində Gürcüstan dəmir yolları və limanları artan yüklərin qəbuluna hazır olmalıdır. Bunun üçün müvafiq infrastruktur layihələri həyata keçirilir”, – İoseliani bildirib.

Nazir müavini əlavə edib ki, Gürcüstan dəmir yolları Orta Dəhliz kontekstində mərkəzi rol oynayır. “Dəmir yollarının modernləşdirilməsinə böyük diqqət ayırılır. Bu layihə tamamlanıb və ötən ilin dekabrında istifadəyə verilib. Hökumət həmçinin 2026-2027-ci illərdə yeni lokomotivlərin alınmasına dair qərar qəbul edib”, – o vurğulayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol