Gürcüstan Baş naziri: ABŞ ilə qarşılıqlı fəaliyyətə açığıq
26 Yanvar 2026 14:06   Paylaş

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, ölkə ABŞ ilə strateji qarşılıqlı fəaliyyətə hazırdır.

"Stabil.az" xəbər verir ki, bu barədə o, jurnalistlərə “İnterfaks”a açıqlamasında məlumat verib.

“Qərar ABŞ tərəfinin üzərindədir. Təəssüf ki, Prezident Cozef Bayden administrasiyası tərəfindən formalaşdırılan Gürcüstan-ABŞ münasibətlərinin konteksti ağırdır. Görək, bu fonda münasibətlərimiz necə inkişaf edəcək. Biz səbrlə gözləyirik və ABŞ ilə strateji tərəfdaşlığa hazır olduğumuzu bəyan edirik”, — deyə Kobaxidze qeyd edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol