“Google” kosmosda süni intellekt infrastrukturu yaratmaq üçün peyk buraxacaq
“Google” kosmosda süni intellekt infrastrukturu yaratmaq məqsədilə “Suncatcher” layihəsi çərçivəsində ilk sınaq peykini orbitə buraxmağa hazırlaşır.
"Stabil.az" xəbər verir ki, sınaq zamanı şirkətin Tensor Emal Qurğularının (TPU) kosmosda fəaliyyəti qiymətləndiriləcək. Layihənin əsas məqsədi süni intellekt infrastrukturu ilə təchiz edilmiş peykləri aşağı Yer orbitində yerləşdirməkdir.
Şirkətin ilkin hesablamalarına görə, belə peyklər Yer səthindəki sistemlərdən səkkiz dəfə çox enerji istehsal edə bilər.
İlk sınaq buraxılışının bu il oktyabr 1-də “SpaceX” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi planlaşdırılır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





