Gideon Saar: İsrail Azərbaycanla iqtisadi əməkdaşlığı artırmaq niyyətindədir
İsrail Azərbaycanla ticarət və iqtisadi əməkdaşlığı daha da genişləndirmək niyyətindədir.
“Stabil.az" "Report"a istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, məhz bu məqsədlə İsrail Azərbaycana geniş tərkibli nümayəndə heyəti ilə səfər edib. Nümayəndə heyətinin tərkibində İsrailin İqtisadiyyat Nazirliyindən 40-dan çox şəxs yer alır. Gideon Saar, həmçinin ölkələr arasında turist axınının artıq artdığını və bu göstəricinin 2026-cı ildə daha da yüksələcəyini gözlədiklərini vurğulayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





