General Aleksandr Sırski: Ukrayna ordusu əks-hücum əməliyyatlarına başlayıb
Ukrayna Silahlı Qüvvələrinin bölmələri hazırda növbəti hücum və əks-hücum əməliyyatlarına başlayıb.
"Stabil.az" xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, ordu generalı Aleksandr Sırski Kiyevdə bir qrup jurnalistlərlə görüşdə cəbhədəki son durumu açıqlayarkən deyib.
O bildirib ki, ayrı-ayrı istiqamətlərdə toqquşmaların təxminən dörddə biri məhz Ukrayna bölmələrinin hücum əməliyyatlarından ibarətdir:
"Ordunun əsas məqsədi düşməni daimi gərginlikdə saxlamaq, ona itkilər vermək və irəliləməsinə imkan verməməkdir. Belə taktika nəticə verir. Çünki yanvar ayında düşmən heç bir əhəmiyyətli əməliyyat uğuru əldə etməyib".
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





