Gəmilər üçün fırtına xəbərdarlığı verilib
2 Fevral 2026 18:35   Paylaş

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

"Stabil.az" xəbər verir ki, agentlik məlumatına əsasən, fevralın 3-ü axşamdan Xəzər Dəniz Akvatoriyasında şimal-qərb və şimal küləyi müşahidə olunacaq və fevralın 5-i səhər saatlarına kimi davam edəcək.

Proqnoza görə, həmin günlər ərzində küləyin sürəti 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32-34 m/s-ə qədər güclənə bilər.

Dalğanın hündürlüyü ilkin mərhələdə 3-4 metr, sonrakı inkişafda isə 5-7 metrə çatacağı gözlənilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol