Füzulidə ANAMA əməkdaşı minaya düşərək həlak olub
Aprelin 14-də işğaldan azad edilmiş Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində mina hadisəsi baş verib.
"Stabil.az" Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə istinadən məlumat verib.
Bildirilib ki, agentliyin əməkdaşı, 1995-ci il təvəllüdlü Muğan Rəfayıl oğlu Mətili xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışı baş verib.
Hadisə nəticəsində əməkdaş həyatını itirib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




