Futbol üzrə dünya çempionatında Lionel Messinin het-triki Argentinaya Əlcəzair üzərində qələbə qazandırıb
17 İyun 2026 09:58   Paylaş

Futbol üzrə dünya çempionatında növbəti oyun keçirilib.

"Stabil.az" xəbər verir ki, J qrupunda mübarizə aparan Argentina Əlcəzairə qalib gəlib.

Kanzas stadionunda keçirilən qarşılaşmada Argentina 3:0 hesabı ilə qələbə qazanıb.

Hər üçün qol komandanın lideri və kapitanı Lionel Messinin aktivinə yazılıb.

Saat 08:00-da isə eyni qrupda Avstriya İordaniya ilə oynayacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol