Futbol üzrə Azərbaycan millisi Avstriyaya yola düşüb
1 İyun 2026 13:47   Paylaş

İyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq futbol üzrə Azərbaycan millisi həmin ölkəyə yola düşüb.

"Stabil.az" xəbər verir ki, bu barədə AFFA-nın sosial media hesablarında məlumat paylaşılıb.

Yığma Avstriya toplanışı çərçivəsində iyunun 5-də Malta, 9-da isə San-Marino yığmasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.

Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda təşkil olunacaq hər iki görüşün Bakı vaxtı ilə saat 22:00-da başlanması planlaşdırılır.

News about - Futbol üzrə Azərbaycan millisi Avstriyaya yola düşüb

News about - Futbol üzrə Azərbaycan millisi Avstriyaya yola düşüb



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol