Fransanın cənub-qərbində meşə yanğınları 12 min nəfərin təxliyəsinə səbəb olub
Fransanın cənub-qərbində baş verən genişmiqyaslı yanğın səbəbindən 12 min nəfər təhlükəsizlik məqsədilə təxliyə edilib.
"Stabil.az" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.
Hökumətin məlumatına görə, ilin əvvəlindən 12 500-dən çox yanğın baş verib və 44 min hektar ərazi yanıb ki, bu da miqyasına və davamlılığına görə 2022-ci ildəki göstəricidən çoxdur. Həmin il Landı-de-Qaskon departamentində 30 min hektardan çox meşə sahəsində güclü yanğınlar baş vermişdi.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





