Fransada turist təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub
20 İyun 2026 14:33   Paylaş

Fransanın qərbində yerləşən La Baule kommunasında turist təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

"Stabil.az" xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Məlumata görə, xilasedicilər hadisə yerinə çatdıqda təyyarə alov içində olub. Yanğının söndürülməsi əməliyyatına 29 nəfərlik heyət cəlb edilib.

Qəzanın başvermə səbəbləri və həlak olanların şəxsiyyəti araşdırılır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol