Fransada qar uçqunu: 63 nəfər helikopterlə təxliyə olunub
Fransanın İzer departamentində baş verən qar uçqunu nəticəsində 63 nəfər yüksək dağlıq ərazidə qalıb.
"Stabil.az" Fransa mediasına istinadən xəbər verir ki, uçqun nəticəsində yol bağlandığından əraziyə avtomobillə getmək mümkün olmayıb. Buna görə də Daxili İşlər Nazirliyinin xilasediciləri zərərçəkənlərin təxliyəsi üçün helikopterdən istifadə ediblər.
Meteoroloqlar sözügedən ərazidə uçqun riskinin yüksək olduğunu bildiriblər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





