Fransada PSJ qələbəsindən sonra iğtişaşlar: yüzlərlə saxlanılan var
1 İyun 2026 14:26   Paylaş

Çempionlar Liqasında PSJ-nin qələbəsindən sonra başlayan küçə iğtişaşları zamanı 890 nəfər saxlanılıb.

"Stabil.az" "Le Figaro"ya istinadən xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Loran Nunyes bildirib.

Əməliyyatlar zamanı güc strukturlarının 178 əməkdaşı xəsarət alıb.

Onun sözlərinə görə, bu, futbol fanatlarının PSJ-nin Çempionlar Liqasındakı qələbəsindən sonra iğtişaşlar törətdiyi 2025-ci illə müqayisədə 45 % çoxdur.

"Bu hadisənin iğtişaşlara səbəb olacağını bilirdik, buna görə də son dərəcə sərt təlimatlarla müşayiət olunan təcili tədbirlər gördük. Bu özbaşınalıqlara son qoymaq üçün daim tədbirlər görülüb", – nazir vurğulayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol