Fransada büdcə kəsiri 6,4 faiz artıb
Fransanın dövlət büdcəsi ilin ilk altı ayında 106,8 milyard avro kəsirlə icra olunub və göstərici illik müqayisədə 6,4 faiz artıb.
"Stabil.az" bu barədə Fransanın Dövlət Hesabları Nazirliyinin məlumatlarına istinadən xəbər verir.
Qiymətləndirmələrə görə, kəsirin artması dövlət maliyyəsinin sağlamlaşdırılması ilə bağlı çətinliklərin hələ də davam etdiyini göstərir.
Öz növbəsində "Reuters" agentliyi bildirib ki, Fransa hökuməti 2026-cı ildə dövlət idarəetmə sektorunun ümumi kəsirini ÜDM-in 5 %-i səviyyəsində saxlamaq kimi əsas hədəfə çata bilməmək riski ilə üz-üzədir. İyul ayında maliyyə naziri Rolan Leskyur iqtisadi artım proqnozunun pisləşməsindən sonra bu hədəfə nail olmağın çətin olacağını etiraf edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





