Fransa XİN başçısı İrana qarşı sanksiya qərarlarına dəstək verildiyini açıqlayıb
Avropa İttifaqı (Aİ) Şurasının Brüsseldə keçiriləcək iclasında İranda repressiyalara görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyaların qəbul edilməsi nəzərdə tutulur. Sanksiyalar hökumət üzvləri, prokurorlar, polis bölmələrinin rəhbərləri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələrini əhatə edəcək.
“Stabil.az" Fransa mətbuatına istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro iclasdan əvvəl jurnalistlərə açıqlama verib.
Nazir bildirib ki, İran xalqının dinc etirazlarına qarşı həyata keçirilən repressiyalar cavabsız qalmamalıdır:
“İranın cəsur qadın və kişiləri zorakılığın qurbanı olublar. Biz bu gün məhz həmin repressiyalara görə cavabdeh olanlara qarşı Aİ sanksiyalarını qəbul edəcəyik”, – deyə Barro qeyd edib.
Onun sözlərinə görə, İrana aid 20-dən çox fiziki şəxs və qurumun aktivləri dondurulacaq, həmçinin onların Avropa İttifaqı ərazisinə girişinə qadağa qoyulacaq.
Barro əlavə edib ki, Fransa SEPAH-ın Aİ-nin terror təşkilatları siyahısına daxil edilməsini dəstəkləyir və bu mövqeyini artıq elan edib. Nazir vurğulayıb ki, törədilən cinayətlər cəzasız qalmamalıdır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





