Fransa Ukraynanın enerji sektoruna 2026-cı ildə 71 milyon avro ayıracaq
4 Fevral 2026 15:53   Paylaş

Fransa 2026-cı il ərzində Ukraynaya 71 milyon avro maliyyə dəstəyi ayıracaq.

"Stabil.az" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal bildirib.

Bundan əlavə, Fransa fevral ayında Ukraynaya 150 generator göndərəcək. Şmıqal Fransanın energetika sektorunda Ukraynanın əsas strateji tərəfdaşlarından biri olduğunu vurğulayıb. Bu açıqlama Fransanın Avropa və Xarici İşlər Nazirliyinin xarici ticarət və investisiya cəlbediciliyi üzrə naziri Nikola Forisye ilə görüşdən sonra verilib.

Görüş zamanı Şmıqal Avropa İttifaqının makromaliyyə dəstəyi çərçivəsində enerji sahəsinə 30 milyard avro yardımın cəlb olunmasında göstərdiyi köməkliyə görə Fransaya təşəkkür edib. O qeyd edib ki, elektrik şəbəkəsinin bərpası üçün artıq 46 generator, transformator və digər avadanlıqlar cəlb olunub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol