Fransa Rusiyanın baş konsul namizədlərinə viza verməyib
Fransa hakimiyyəti Rusiyanın Marseldəki yeni baş konsulu vəzifəsinə irəli sürülən iki namizədə viza verməkdən imtina edib.
"Stabil.az" xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiyanın Fransanın cənub şəhərindəki baş konsulu Stanislav Oranski bildirib.
"Fransızlar artıq iki namizədlə bağlı rədd cavabı veriblər. Üçüncü namizədlik bir neçə həftə əvvəl baxılmaq üçün onlara göndərilib. Ekzekvatura üçün sorğu göndərilib, lakin hələ ki cavab daxil olmayıb", - deyə diplomat bildirib.
Daha əvvəl Oranski Rusiyanın Marseldəki baş konsulluğunda diplomatik heyətin sayının 2022-ci ildən bəri üç dəfə azaldığını bildirmişdi. Bununla belə, Fransa Marseldəki baş konsulluqda işə başlamalı olan rusiyalı diplomata artıq üç ildir ki, viza vermir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




