Fransa Prezidenti Rusiya ilə dialoqun faydalı ola biləcəyini bildirib
3 Fevral 2026 17:49   Paylaş

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə potensial danışıqlar hələ hazırlıq mərhələsindədir və faydalı ola bilər.

“Stabil.az” TF1-ə istinadən xəbər verir ki, Makron bunu Yuxarı Sona departamentində kənd təsərrüfatı müəssisəsinə səfəri zamanı açıqlayıb.

Prezident qeyd edib ki, buna hazırlıq üçün texniki səviyyədə müzakirələr aparılır. Proses şəffaf şəkildə və Ukrayna Prezidenti Volodimir Zelenski ilə əsas Avropa tərəfdaşları ilə koordinasiya olunaraq həyata keçirilir.

Eyni zamanda Makron vurğulayıb ki, yaxın həftələrdə Rusiyanın sülhə hazır olduğunu düşünmür. Qeyd edək ki, dekabrda Makron Rusiya ilə dialoqun mümkün bərpası barədə fikirlərini səsləndirmişdi.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol