Fransa Prezidenti: Avropa maye qazda ABŞ-dan asılıdır
Fransa Prezidenti Emmanuel Makron Avropanın enerji mənbələrindəki dəyişiklikləri diqqətə çatdırıb. Onun sözlərinə görə, Avropa İttifaqının Rusiyadan asılılığı ABŞ-dan gələn maye qazla əvəz olunub və Birləşmiş Ştatlar indi qitənin əsas maye qaz tədarükçüsü statusundadır.
"Stabil.az" xəbər verir ki, Makronun sözlərinə görə, Avropa İttifaqının Rusiyadan asılılığı maye qazın 60 faizini təmin edən ABŞ-dan asılılıqla əvəzlənib.
Xatırladaq ki, bir müddət öncə Avropa İttifaqı Şurası 2027-ci il yanvarın 1-dən Rusiyadan maye qaz tədarükünü, 2027-ci il sentyabrın 30-dan isə boru kəməri vasitəsi ilə qaz idxalını tam qadağan edib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





