Fransa millisinin üzvü karyerasını “Fənərbağça”da davam etdirəcək
Türkiyənin “Fənərbağça” klubu Fransa millisinin və Səudiyyə Ərəbistanının “Əl-İttihad” komandasında çıxış edən futbolçu Nqolo Kantenin transferini rəsmiləşdirib.
"Stabil.az" xəbər verir ki, bu transfer FIFA-nın xüsusi icazəsi əsasında baş tutub.
Ötən gün Səudiyyə klubu lazımi sənədləri sistemə vaxtında yükləmədiyi üçün alınmayan keçid gecə saatlarında reallaşıb.
"Fənərbağça" 35 yaşlı futbolçu ilə 2028-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalayacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





