Fransa KİV-i ABŞ vitse-prezidentinin Bakı səfərini geniş işıqlandırıb
Fransanın aparıcı informasiya portalları, televiziya və radio kanalları ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Bakıya səfəri və Prezident İlham Əliyevlə görüşü barədə materiallar yayımlayıb.
"Stabil.az" xəbər verir ki, “France”, “Mediapart”, “BFM TV”, “Challenges”, “L’Humanite”, “Boursorama”, “Boursier” kimi informasiya portalları, radio və televiziyaları Cey. Di. Vensin Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü, “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi və hər iki tərəfin mətbuata bəyanatından materiallar yayıblar.
Xəbərlərdə Azərbaycan və ABŞ-ın strateji tərəfdaş olduqları, Tramp administrasiyasının Azərbaycana münasibəti, eləcə də Strateji Tərəfdaşlıq Xartiyası barədə məlumat verilib. Həmçinin TRIPP layihəsi haqqında danışılıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





