Fransa HDQ Aralıq dənizində Rusiya tankerini saxlayıb
Fransa Hərbi Dəniz Qüvvələri Aralıq dənizində Rusiyadan yola çıxmış neft tankerini saxlayıb. Bu barədə Fransa Prezidenti Emmanuel Makron X sosial şəbəkəsində paylaşım edib. Onun bildirdiyinə görə, sözügedən gəmi beynəlxalq sanksiyalar altındadır və saxta bayraq altında üzməsi ilə bağlı şübhələr mövcuddur.
"Stabil.az" xarici KİV-ə istinadən xəbər verir ki, Emmanuel Makron əməliyyatın bir neçə müttəfiqin iştirakı ilə, Birləşmiş Millətlər Təşkilatının Dəniz Hüququ Konvensiyasına tam uyğun şəkildə həyata keçirildiyini açıqlayıb. O qeyd edib ki, hadisə ilə bağlı məhkəmə istintaqı başlanılıb və tanker marşrutdan kənarlaşdırılıb.
Fransa Prezidenti beynəlxalq hüququn icrasının və sanksiyaların effektiv tətbiqinin vacibliyini bir daha vurğulayıb. Makron Rusiyanın “kölgə donanması” adlandırılan fəaliyyətlərini sərt tənqid edərək bildirib ki, bu tip gəmilər Ukraynaya qarşı aparılan təcavüzkar müharibənin maliyyələşdirilməsinə xidmət edir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





