Fransa Bankı: Müflis olan müəssisələrin sayı artıb
7 Fevral 2026 10:17   Paylaş

2025-ci ildə Fransada 68 564 müəssisə müflis olub ki, bu, 2024-cü illə müqayisədə 3,5 faiz çoxdur.

"Stabil.az" xəbər verir ki, statistikanı Fransa Bankı yayıb. Məlumata görə, müflisolma əsasən orta ölçülü müəssisələrdə (250–5 000 işçisi olan) qeydə alınıb.

Ən çox bağlanmalar xidmət, nəqliyyat və otelçilik sektorlarında müşahidə olunub. Həmçinin enerji daşıyıcılarının qiymətlərinin yüksək olması iş adamlarının fəaliyyətini çətinləşdirir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol