Frankfurt komandası Bakıda media üçün açıq məşq təşkil etməyəcək
UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda “Qarabağ”la qarşılaşacaq “Ayntraxt” komandası Bakıda mətbuat konfransı və media üçün açıq məşq keçirməyəcək.
"Stabil.az" Ağdam klubunun mətbuat xidmətinə istinadən bildirir ki, Frankfurt təmsilçisinin mətbuat konfransı və media üçün açıq məşqi Almaniyada təşkil olunacaq.
Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” matçı saat 21:45-də başlayacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





