“Forex dələduzluğu” ilə bağlı Türkiyədə 174 şübhəli tutulub
18 Sentyabr 2026 15:22   Paylaş

Türkiyədə “Forex dələduzluğu”na qarşı keçirilən əməliyyat zamanı 174 şübhəli saxlanılıb.

"Stabil.az" xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə keçirilən əməliyyat çərçivəsində 25 şirkətə bağlı 40 çağrı mərkəzi və maliyyə ofisi müəyyən edilib.

Əməliyyat zamanı cinayətdən əldə edildiyi bildirilən 1,5 milyard lirə dəyərində aktivə (şəxsin və ya qurumun sahib olduğu və maddi dəyəri olan əmlak və vəsait), o cümlədən 80 avtomobilə və 12 daşınmaz əmlaka həbs qoyulub. Dələduzluqda istifadə edilən bank, kriptovalyuta və şirkət hesabları da bloklanıb.

Xatırladaq ki, “Forex” müxtəlif ölkələrin valyutalarının alınıb-satıldığı beynəlxalq valyuta bazarıdır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol