Finlandiya-İsveç sərnişin qatarları 38 ildən sonra yenidən hərəkət edəcək
10 Avqust 2026 16:14   Paylaş

Finlandiya ilə İsveç 38 ildən sonra ilk dəfə sərnişin dəmir yolu əlaqəsini yenidən bərpa edəcək.

"Stabil.az" xəbər verir ki, bu barədə Finlandiyanın Yle telekanalı məlumat yayıb.

Bazar ertəsindən etibarən Finlandiyanın Oulu şəhəri ilə İsveçin Haparanda şəhəri arasında qatarlar gündə iki dəfə hərəkət edəcək. Səfərin müddəti təxminən 1 saat 40 dəqiqə təşkil edəcək.

Finlandiyadan İsveçə sərnişin qatarlarının hərəkəti 1988-ci ildə dayandırılıb. Əks istiqamətdə isə dəmir yolu əlaqəsi 1992-ci ildə kəsilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol