Finlandiya Fransanın nüvə çəkindirmə təşəbbüsünə qoşulub
14 Sentyabr 2026 19:55   15 Sep 2026 01:35 Paylaş

Finlandiya Avropanın təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş Fransanın nüvə çəkindirmə təşəbbüsünə qoşulub.

"Stabil.az" xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksandr Stubb "X" sosial şəbəkəsində yazıb.

"İlk növbədə bu təşəbbüs Avropanın təhlükəsizliyinin gücləndirilməsinə yönəlib. O, Avropanın öz müdafiəsini müstəqil şəkildə təmin etmək imkanlarını artırır və eskalasiyanın qarşısını almağa kömək edir. Fransa Finlandiya üçün yaxşı tərəfdaşdır", - o qeyd edib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol