Filippində torpaq sürüşməsi 10 nəfərin həyatına son qoyub
Filippinin Saranqani əyalətində baş verən torpaq sürüşməsi nəticəsində azı 10 nəfər ölüb, daha 3 nəfər itkin düşüb.
"Stabil.az" xəbər verir ki, bu barədə yerli media Malapatandakı Təbii Fəlakət Risklərinin Azaldılması və Fövqəladə Halların İdarə Edilməsi üzrə Bələdiyyə İdarəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, axtarış-xilasetmə işləri aparılır.
Bundan başqa, ölkənin paytaxtı Manilanın bəzi rayonları "İnday" qasırğası səbəbindən güclənən musson yağışlarının yaratdığı daşqından zərər çəkib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




