Filippində sərnişin bərəsi batdı, həlak olanların sayı artıb
10 Fevral 2026 18:37   Paylaş

Filippinin cənubunda “Trisha Kerstin 3” bərəsinin qəzası nəticəsində həlak olanların sayı 51 nəfərə çatıb.

"Stabil.az" xəbər verir ki, bu barədə "ABS-CBN News" telekanalı ölkənin sahil mühafizəsinə istinadən xəbər verib.

Daha əvvəl 45 nəfərin həlak olduğu bildirilmişdi.

Axtarış işləri bərpa edildikdən sonra dalğıclar batmış gəminin göyərtəsində iki uşaq və üç böyüyün meyitini aşkar ediblər.

Zamboanqa şəhərindən Colo şəhərinə reys həyata keçirən sərnişin bərəsi yanvarın 25-də axşam saatlarında Basilan əyalətindəki Baluk adası yaxınlığında batıb. 316 sərnişin xilas edilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol