Filippində musson və qasırğa 26 nəfərin həyatına son qoyub
Filippində cənub-qərb mussonu və "İnday" qasırğasının yaratdığı fəsadlar nəticəsində ölənlərin sayı 26-ya yüksəlib.
"Stabil.az" xəbər verir ki, bu barədə yerli media Mülki Müdafiə İdarəsinə (OCD) istinadən məlumat yayıb.
Bundan başqa, torpaq sürüşmələri nəticəsində 9 nəfər yaralanıb, 14 nəfər isə itkin düşüb.
OCD-nin məlumatına görə, musson və qasırğa səbəbindən təxminən 244 min ailə və ya 1 milyon insan zərər çəkib.
Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin məlumatına görə, 766 ev tamamilə, 853 ev isə qismən dağılıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





