Filippində dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 32-yə yüksəlib - YENİLƏNİB
Filippinin cənub hissəsində 7,8 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 32-yə çatıb.
"Stabil.az" xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.
Bildirilib ki, General-Santos şəhərində bir neçə bina çöküb, əsas infrastruktur zədələnib, azı bir sahilyanı kənddə sunami nəticəsində dağıntılar qeydə alınıb.
Zəlzələ nəticəsində 200-dən çox insan yaralanıb.
Bu gün səhər saatlarında Filippində Mindanao adasının sahillərində güclü yeraltı təkanlar qeydə alınıb.
"Stabil.az" “Associated Press“ə istinadən xəbər verir ki, güclü zəlzələ nəticəsində ən azı 12 nəfər ölüb, 200–dən çox insan yaralanıb.
Avropa seysmoloqlarının məlumatına görə, maqnitudanın gücü 8,1 olub, daha sonra mütəxəssislər onun 7,8 olduğunu dəqiqləşdiriblər.
Filippin Vulkanologiya və Seysmologiya İnstitutu sunami təhlükəsi elan edib.
Filippin sahillərində 8,1 bal gücündə zəlzələ qeydə alınıb.
"Stabil.az" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Zəlzələnin episentri təxminən 697.000 əhalisi olan General-Santos şəhərindən 51 km şimalda, ocağı 10 km dərinlikdə yerləşib.
Filippin Mülki Aviasiya İdarəsi (CAAP) zəlzələ və sunami xəbərdarlığı səbəbindən General Santos hava limanının fəaliyyətini müvəqqəti olaraq dayandırıldığını açıqlayıb.
Ölkə Prezidenti Ferdinand Markos yeraltı təkanlardan sonra Mindanaonun bəzi ərazilərində dərslərin dayandırılmasını əmr edib. Dövlət başçısı dövlət qurumlarına fəlakətlərin nəticələrinin aradan qaldırılması səylərini əlaqələndirməyi, humanitar yardımın göstərilməsini və təxliyə mərkəzlərinin fəaliyyətini təmin etməyi tapşırıb. Yerli hakimiyyət orqanları zəlzələ nəticəsində hər hansı bir xəsarət və ya mümkün tələfat barədə məlumat verməyib.
Zəlzələdən sonra 1 metrə qədər sunami xəbərdarlığı verilən Yaponiyanın bir neçə bölgəsindəki sahil ərazilərində yaşayan on minlərlə sakinə ərazidən təxliyə edilmələri tövsiyə edilib.
Bundan əvvəl Yaponiyanın Milli Meteorologiya Agentliyi cənub-qərbi Okinava prefekturasının adaları, Kyusu və Sikoku adaları, eləcə də Honsyu adasının Sakit okean sahili və İbaraki prefekturasına qədər sunami xəbərdarlığı etmişdi.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





