Filippində bərə faciəsi: ölənlərin sayı 52-yə yüksəlib
Filippinin cənubunda sərnişin və yük daşıyan bərənin batması nəticəsində həyatını itirənlərin sayı 52 nəfərə çatıb.
"Stabil.az" Filippinin PNA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Sahil Mühafizəsi məlumat yayıb. Qurumun açıqlamasına əsasən, hazırda 27 nəfər itkin düşmüş hesab olunur.
Hadisə ilə bağlı axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qeyd edək ki, Zamboanga şəhərindən Jolo şəhərinə hərəkət edən sərnişin bərəsində ümumilikdə 372 nəfər olub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





