Filippində 350 nəfərin olduğu bərə batıb, ölənlər var
26 Yanvar 2026 09:15   26 Jan 2026 09:47 Paylaş

Filippinin cənubunda göyərtəsində ümumilikdə 350 nəfərin olduğu bərə qəzaya uğrayaraq batıb.

"Stabil.az" yerli mediaya istinadən xəbər verir ki, hadisə bərə Zambaonqa şəhərindən Colo adasına hərəkət edərkən baş verib. Gəmidə 332 sərnişin və 27 heyət üzvü olub.

Xilasetmə əməliyyatları nəticəsində indiyədək 215 nəfər sağ xilas edilib, 7 nəfərin cəsədi sudan çıxarılıb.

İlkin məlumata əsasən, bərənin batmasına texniki nasazlıq səbəb olub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol