FHN xəbərdarlıq etdi: Küləkli havada dənizə girmək təhlükəlidir
Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara dənizə girməyin təhlükəli olduğunu bildirib.
"Stabil.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciətində qeyd olunub.
Bildirilib ki, gün ərzində Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə ediləcək:
"Küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırırıq".
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





