FHN Şuşa, Xankəndi və Xocavənddə yolların buz bağlaması səbəbindən köməksiz qalanlara yardım edib
22 Yanvar 2026 11:12   Paylaş

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şuşa, Xankəndi və Xocavənddə yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobillərdə köməksiz qaldığı barədə məlumat daxil olub.

"Stabil.az" xəbər verir ki, FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xankəndi Şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri və Qarabağ Regional Mərkəzinin xilasetmə qrupu dərhal əraziyə cəlb olunub.

Xilasedicilər buzlu yollarda hərəkət edə bilməyən 2 “Mercedes” markalı avtomobil və 1 motosikletin hərəkətini təmin edib və vətəndaşlara müvafiq köməklik göstəriblər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol