FHN: Ötən həftə ərzində 881 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
27 İyul 2026 09:35   Paylaş

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 881 yanğına çıxış, 36 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

"Stabil.az" nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən həftə ərzində 9-u azyaşlı olmaqla 38 nəfər xilas edilib, 2 nəfər xəsarət alıb, 7 nəfərin meyiti təhvil verilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol