FHN: Ötən həftə 576 yanğına çıxış olub, 69 nəfər xilas edilib
29 İyun 2026 12:13   Paylaş

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 576 yanğına çıxış, 46 halda köməksiz vəziyyətdə qalma və 4 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

"Stabil.az" bu barədə FHN-in mətbuat xidmətinə istinadən məlumat verib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 15-i azyaşlı olmaqla 69 nəfər xilas edilib, 7 nəfərin meyiti təhvil verilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol